Evdən kişi meyiti tapılıb 

17:00 10.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbaildə 47 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Pitikov Andrey Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.